“Əfqanıstanda hazırda humanitar vəziyyət çox acınacaqlıdır. Uşaqlar, qadınlar aclıq təhlküəsilə üz-üzədir”.
Teleqtaf.com xəbər verir ki, bunu Serbiyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Serbiyanın xarici işlər naziri Nikola Selakoviçlə görüşündən sonra keçirilən mətbuat konfransında jurnalsitlərin suallarını cavablandıran M. Çavuşoğlu Kabil Hava limanına yaxın yerdə çox sayda insanın ölümündən təəssüfləndiyini bildirərək deyib ki, hazırda Əfqanıstana humanitar yardımların çatdırılması vacib amildir: “Təbii ki, bu humanitar yardımları çatdıran “BMT-nin, bizim “Kızılay” və digər beynəlxalq təşkilatların orada təhlükəsizliyini təmin etmək də vacibdir. Əfqanıstanda quraqlıq olduğundan, hazırkı vəziyyətlə əlaqədar ölkədə ciddi ərzaq qıtlığı yaranıb”.
Dünyada yeni bir miqrasiya böhranının yaşanmasından narahatlığını ifadə edən Türkiyənin XİN başçısı deyib ki, bu səbəbdən də insanların Əfqanıstandan qanunsuz köç etməməsi üçün ərzaq təminatını gücləndirmək və qanunsuz köçün qarşısını almaq üçün hər cür tədbirin görülməsi lazımdır.