İŞİD terrorçu qruplaşmasının döyüşçüləri İraqın devrilmiş prezidenti Səddam Hüseynin Tikritin mərkəzində atasının qəbri üzərində ucaltdığı məscidi partladıblar.
Teleqraf.com-un RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə İraq informasiya agentliyindən məlumat verilib.
“Səddam Hüseynin atası Hüseyn Əl-Məcidin məscidi və onun qəbri partlayış nəticəsində xarabalığa çevrilib”, – deyə yerli “Al Mada Press” informasiya agentliyi xəbər verir.
Mənbənin verdiyi məlumata görə, İŞİD döyüşçüləri məscidin daxili və xaricindən tikilinin perimetri boyunca partlayıcı yerləşdirərək onu hər tərəfdən minalayıblar.
Xatırladaq ki, Hüseyn Əl-Məcid məscidi əsrin əvvəllərində tikilib. Onu Səddam Hüseyn şəxsən özü layihələşdirib. Məsciddə eyni zamanda üç minə yaxın mömin dua edə bilirdi.