“Bütün dünyanın Talibanı qəbul etməsi üçün əhatəli hökumət qurulmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bu məsələdə tələsməməliyik. Dünya da tələsməməlidir. Burada balansa ehtiyac var. Türkiyə olaraq belə davranırıq. Hökumətin əhatəli olması lazımdır. Hökumətdə yalnız Taliban varsa, digər etnik qruplardan olan insanlar də olmalıdır. Qadınlara hökumətdə yer verilməlidir. Ölkənin vətəndaş müharibəsinə sürüklənməməsi üçün əhatəli hökumətin qurulması tələb olunur.
Bütün dünyanın bunu qəbul etməsi üçün əhatəli hökumət qurulmalıdır. Fikirlərimizi birbaşa Talibana çatdırırıq. İndiyə qədər təyin olunan insanlar yalnız Talibana yaxındır. Şərtlərə və gəlişmələrə görə hərəkət edəcəyik”, - Çavuşoğlu bildirib.