Avqustun 25-də Türkiyə Yüksək Hərbi Şuranın toplantısı keçirilib.
Teleqraf.com qardaş ölkənin Yenisafak.com saytına istinadən xəbər verir ki, həmin toplantıda Bakıda Türk Silahlı Qüvvələrini təmsil edəcək generalların adları bəlli olub.
Qərarla Azərbaycanda Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib.
Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.
General Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb.
General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının Baş qərargah rəisi təyin edilib.
Bununla yanaşı Türk Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.