11 Sentyabr 2021 11:40
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Yens Stoltenberq Əfqanıstanın süqut səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Stoltenberq bildirib ki, Əfqanıstan ölkənin səlahiyyətli orqanlarının çökməsi nəticəsində Talibanın əlinə keçib:

“Siyasi və hərbi rəhbərliyin çöküşünün şahidi olduq, bu da sonradan Talibana qarşı bütün müdafiənin çökməsinə səbəb oldu. Əfqanıstanın süqutunun ABŞ və NATO-nun geri çəkilməsini sürətləndirib -sürətləndirməməsi tədqiqatçılar tərəfindən həll edilməlidir. Mənim üçün əsas vəzifə terrorizmlə mübarizə sahəsində əldə olunan nailiyyətləri qorumaq və insanları Əfqanıstandan çıxarmaqdır".

Stoltenberqin sözlərinə görə, ABŞ-ın NATO müttəfiqləri ilə məsləhətləşərək qoşunlarını ölkədən çıxarmağa qərar verib: “ABŞ olmadan, ittifaqın digər üzvləri əməliyyatı davam etdirə bilməzlər. Bu seçim qeyri-real idi. Bu halda Avropalıların Əfqanıstandakı qoşunlarını maliyyələşdirməsinin çətin olacaq. Mən üzülərək də olsa, Talibanın qayıdışını izləyirəm. Hərbi əməliyyata başlamaq bitirməkdən daha asandır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər