10 Noyabr 2014 23:58
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk vilayətində atışma nəticəsində dinc sakinlər ölüb.

Bbu barədə Donetsk vilayəti Dövlət Adminstrasiyası açıqlama verib.

Bildirilir ki, Avdeyevkada yaşayış massivinə top mərmiləri atılıb. 7 top mərmisinin atılması nəticəsində partlayışlar olub və nəticədə 3 dinc sakin və 1 hərbçi ölüb, 7 nəfər isə ağır yaralanıb.

Bundan başqa, kommunikasiya xətləri və yaşayış evləri ciddi zərər görüb.

Hadisə şahidlərinin sözlərinə görə, mərmilər rusiyameyilli separatçıların nəzarət etdiyi ərazidən atılıb./ans/


Müəllif:

Oxşar xəbərlər