Böyük Britaniya Baş nazir Boris Consonun anası Şarlotta Conson Val vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
79 yaşında vəfat edən Şarlotta Consona 1982-ci ildə parkinson xəstəliyi diaqnozu qoyulmuşdu, müalicə olunurdu.
1942-ci il təvəllüdlü xanım Conson rəssamlığı ilə tanınırdı.