16 Sentyabr 2021 00:26
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Naftali Bennett müstəqil Fələstin dövlətinin əleyhinə olduğunu və Prezident Mahmud Abbasla görüşməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Bennett İsrailin KAN telekanalına müsahibəsində gündəmlə bağlı açıqlamalar verib.

Müstəqil Fələstin dövlətinin qurulmasının çox pis səhv olacağını deyən baş nazir qeyd edib:

“Fələstin dövlətinin əleyhinəyəm. Bunu etməyəcəyəm”.

Naftali Bennett Fələstin rəhbərliyinin İsraili törətdiyini iddia etdiyi müharibə cinayətlərinə görə İsraili Beynəlxalq Cinayətlər Məhkəməsinə verməsi, fələstinli məhbuslar və savaşda həlak olanların yaxınlarına ödəmələrə görə Mahmud Abbasla görüşməyəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər