16 Sentyabr 2021 11:53
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ətrafında onlarla insanın COVID-19-a yoluxduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zirvə görüşündə video bağlantı vasitəsilə çıxış edərkən bildirib.

“Bilirsiniz, təəssüf ki, mən Düşənbəyə səfərimi son anda ləğv etməyə məcbur oldum. Mən çox təəssüflənirəm, amma bunun səbəbi bildiyiniz kimi mənim yaxın ətrafımda koronavirusa yoluxma hallarının müəyyən edilməsi ilə bağlıdır”, – deyə Rusiya lideri çıxışı zamanı deyib.

“Bu, bir deyil, iki deyil, onlarla insandır”, – deyə Putin əlavə edib.

“İndi bir neçə gün ərzində özünü təcridetmə rejiminə əməl etməliyik”, - deyən Putin tədbirə şəxsən qatıla bilmədiyinə görə üzr istəyib.

RF Prezidenti KTMT sammitinin hər bir iştirakçısının “əlini sıxa, qucaqlaya” bilmədiyini təəssüf hissi ilə qeyd edib. “Ancaq əlbəttə, biz təşkilatımızın qarşısında duran açar vəzifələrin müzakirəsində distant şəkildə olsa da iştirak etməkdə maraqlıyıq”, – deyərək Tacikistan lideri Emoməli Rəhmona həm ölkənin KTMT-yə sədrliyi dövründə aktiv fəaliyyətinə, həm də bu iclası hazırlamasına görə təşəkkürünü bildirib.


Müəllif: Səxavət