16 Sentyabr 2021 19:28
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Vaqner” muzdlu qrupunun Mali hökuməti ilə müqavilə imzalayacağı xəbəri yayılıb.

Teleqraf.com xəbər verir ki, ABŞ mediasında “Vaqner” muzdlularının tezliklə Malidə yerləşdiriləcəyi iddiası bu təhlükəsizlik şirkətinin Afrikada genişlənən fəaliyyətinə diqqəti artırıb.

Beynəlxalq Əfv Təşkilatının aylıq dərgisi “La Chronique”-ə görə, “Vaqner”in yaranması ilə bağlı ilk fikir Rusiya kəşfiyyatı və yüksək vəzifəli şəxslər tərəfindən 2012-ci ildə irəli sürülüb.

Məlumata görə, “Problemləri silahsız həll edən ordu” prinsipinə əsaslanan “Vaqner” yerli qüvvələrə hərbi təlim verir, liderləri və strateji nöqtələri qoruyur. Bu xidmətlərin qarşılığında muzdlu qrupun törəmə şirkətlərinin ölkələrdəki təbii sərvətlərdən istifadə etmək, silah, texnologiya və hərbi xidmət qulluqçu tədarük etmək üçün müəyyən imtiyaz və lisenziyalara sahib olduğu qeyd edilib.

“Vaqner”in arxasındakı iki simadan biri olan Rusiyanın keçmiş kəşfiyyatçısı Dmitri Utkinin 2013-cü ilin payızında Suriyaya göndərilən rus muzdluların ilk konvoyunda iştirak etdiyi və Ukraynada rusiyapərəst separatçı qruplaşmalarla birlikdə göründüyü məlumdur.

“Vaqner”in adı Utkinin və alman nasistlərinin lideri Adolf Hitlerin ən sevimli opera bəstəkarı Riçard Vaqnerdən gəlir.

“Vaqner”in arxasındakı digər şəxsin Rusiya Prezidenti Vladimir Putinə yaxın milyarder, “Putinin aşpazı” ləqəbi ilə ilə tanınan Yevgeni Priqojin olduğu məlumdur. Bundan əvvəl qida və içki sənayesində böyük bir sərvət qazanan Priqojin “Vaqner”in əsas maliyyəçisi olaraq tanınır.

Muzdlu qrupun hazırda Afrikanın 9 ölkəsində fəaliyyət göstərdiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu