İlkin məlumata görə, bir gün əvvəl -sentyabrın 22-də qəzaya uğrayan Rusiyanın “An-26” təyyarəsinin göyərtəsində olan altı nəfərdən ibarət heyət həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“İlkin məlumatlara görə, təyyarə qəzasında sağ qalan yoxdur”, - mənbə aidiyyəti qurumlara istinadən yazıb.
Hazırda piyada xilasetmə qrupu qəza yerinə gedir.
Dünən təyyarə Xabarovsk yaxınlığında radardan itib. Təyyarə şəhərdən 40 kilometr aralıda texniki uçuş həyata keçirirərkən, birdən əlaqə kəsilib. Göyərtədə altı nəfərdən ibarət heyət olub.