Yaponiya, ABŞ və Cənubi Koreya Şimali Koreyanın nüvəsizləşdirilməsi yönündə əməkdaşlığı artırmaq üçün razılaşma əldə edib.
Teleqraf.com xəbər verir ki, hər üç dövlətin xarici işlər nazirləri BMT Baş Assambleyasının 76-cı sessiyasında görüşərək Şimali Koreya məsələsini müzakirə ediblər.
Yaponiya Xarici işlər naziri Motegi Toşimitsu, ABŞ dövlət katibi Antoni Blinken və Cənubi Koreya Xarici işlər naziri Çunq Eui BMT qərarlarını tətbiq etməklə diplomatik təmasların artırılması və “Şimali Koreyanın tam olaraq nüvəsizləşdirilməsi” mövzusunda həmfikir olduqlarını ifadə ediblər.
Görüşün ardınca mətbuata açıqlama verən Motegi bildirib ki, nazirlər səviyyəsində fikir mübadiləsi aparmaq üçün yaxşı zaman əldə ediblər.
“Şimali Koreyanın son nüvə və ballistik raket fəaliyyəti Yaponiyanı, bölgəni və beynəlxalq cəmiyyəti təhdid edir”, - nazir deyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prike nazir Blinkeninin “Koreya yarımadasının nüvəsizləşdirilməsi” mövzusunda Yaponiya və Cənubi Koreya ilə davam edən danışıları və əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.