Türkiyə Suriyanın şimal-qərbinə əlavə qoşun göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bloomberg saytı məlumat yayıb.
Qeyd olunur ki, Ankara uzun müddətdir ki, Rusiya tərəfindən dəstəklənən Suriya rejim qüvvələrinin İdlib əyalətinə hücum təşkil etmək cəhdlərinin Türkiyə sərhədinə yeni qaçqın axınına səbəb olacağından ehtiyat edir.
Sayt qeyd edir ki,genişmiqyaslı hücum əlaməti olmasa da, rus təyyarələrinin və Suriya qüvvələrinin bölgəyə hücum saylarını artırması Türkiyə tərəfinin diqqətini çəkib.
Adı açıqlanmayan iki türk rəsmisinə istinad edən sayt iddia edir ki, İdlib istiqamətinə minlərlə əlavə əsgərin göndərilməsi Suriya quru qüvvələrinin İdlibə hücumunun qarşısını almağa və Türkiyə sərhədinə gedən yollara nəzarəti götürməyə kömək edəcək.