24 Sentyabr 2021 10:15
2 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Rusiyanın Kuril adalarında gömrüksüz bölgə qurmaq və xarici şirkətləri rüsumlardan 10 il azad etmək planına qarşı çıxıb.

Teleqraf.com xəbər verir ki, Xarici işlər naziri Motegi Toşimitsu Nyu-Yorkda rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli və regional gəlişmələri müzakirə edib.

Motegi Prezident Vladimir Putinin Kuril adalarında rüsumsuz zona qurma planına reaksiya verib. Nazir ölkəsinin bunu qəbul etmədiyini bildirib.

Adalarda iki ölkənin birgə iqtisadi fəaliyyəti ilə əlaqədar Motegi qeyd edib ki, bunlar Yaponiyanın hüquqi statusunu pozmadan həyata keçirilməlidir.

Sovet Rusiyası İkinci Dünya Müharibəsindən sonra - 1945 -ci ildə Sakit okeanı Oxot dənizindən ayıran Kuril adalarını ilhaq edib. Bundan sonra tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar nəticə verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər