Rusiya Sakit okeanda sərhədləri yaxınlığında uçan ABŞ-ın “B-52H” tipli təyyarəsini bölgədən uzaqlaşdırmaq üçün regiona üç “Su-35S” təyyarəsi göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rus təyyarələrinin Amerika qırıcılarının manevrlərini müşayiət etdiyi bildirilib.
Məlumata görə, ABŞ təyyarələri Rusiya sərhədlərindən uzaqlaşdıqdan sonra qırıcılar hərbi bazalarına qayıdıblar.
Rusiya Sakit Okean Donanmasının verdiyi açıqlamada isə ABŞ kəşfiyyat təyyarəsinin Rusiya sərhədinə yaxınlaşmasından sonra bölgəyə “MiQ-31” tipli döyüş təyyarəsi göndərildiyi bildirilib.