30 Sentyabr 2021 00:38
87 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kubalı Mavis Alvarez keçmiş argentinalı futbolçu Dieqo Maradonanı onu aldatmaqda günahlandırıb.

Teleqraf.com xəbər verir ki, 37 yaşlı Alvarez futbolçu ilə cəmi 16 yaşında olarkən eşq yaşamağa başladığını, üç illik əlaqəsinin olduğunu söyləyib.

Macis iddia edib ki, mərhum futbolçu onu kokain aludəçisinə çevirib və bu səbəbdən uzun müddət narkotik asılılığından müalicə olunub.

Bundan əlavə, o, Maradonanın təkidi ilə sinəsini böyütdüyünü deyib:

“Bütün bunlardan sonra özümdən utanıram, çünki 16 yaşım vardı və bu çirkabın bir parçasına çevrilmişdim. Amma bu da bir təcrübədir. Başımıza nə gələcəyini seçə bilmirik”.

Dieqo Maradona ötən il noyabrın 25-də 60 yaşında vəfat edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər