14 Oktyabr 2021 11:30
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyada Baş nazir Mark Rutte və hökumət üzvlərini hücum planladığı, təhdid və terror məqsədilə addımlar atdığı iddiası ilə türk kökənli şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Amsterdamda yaşayan 22 yaşlı O. Yavuz Teleqram kanalında Baş nazir Rutte və hökumət üzvləri haqqında mesajlar paylaşıb.

Kral Villem Aleksandr və hökumət üzvlərinin fotolarını yayan gənc “Xalq bu mövzuda nə deyəcək” ifadəsini yazıb. Başqa bir istifadəçinin “onlar sayəsində Hollandiya bərbad durumda” reaksiya verməsinə Yavuz bu şəkildə reaksiya verib:

“Dəqiqliklə və bunu dəyişdirəcəyəm. Hollandiyalıların çoxu Ruttedən nifrət edir. Hər birini vurmaq istərdinmi? Yalnızca bir avtomobildən pəncərəni aç, silahı çıxart və partlad”.

Yavuz başqa bir Teleqram mesajında hücum həyata keçirəcək silahlı şəxslər axtardığını bildirib, əlavə edib ki, döyüşçü deyil, bir şeylər edə biləcək insanları nəzərdə tutur: “Etirazçılar deyil, inqilabçılar axtarıram”.

Yavuzun parlamenti dağıtmaq, prokurorları müəyyən etmək və lənət şəbəkəsini qana bulamaqdan söz etdiyi haqda fikirlərdə iddianamədə yer tapıb.

İddiaya görə, Yavuz kənarda velisopedə minərək Baş nazir Rutteni vurmaq kimi planlardan da söz açıb.

İddianamadə polisin Yavuzun telefonunda “UZİ”, 1.62 tapança, muzdlu əsgərlər və silah daşıya biləcək axtarışlar etdiyi bildirilib.

Məlum olub ki, Hollandiya dövləti “De Batavian Respublic” adlı Teleqram kanalını qapadıb və 2 üzvünü həbs edib.

Qeyd edək ki, O. Yavuz terrora təhrik, təhdid və hücum hazırlığı ittihamı ilə gələn həftə Lahey şəhərində məhkəmə çıxarılacaq.


Müəllif: Nemət