23 Oktyabr 2021 13:48
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Co Bayden Moskva ilə proqnozlaşdırıla bilən və sabit münasibətlərdə maraqlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra deyib.

“Düşünürəm ki, Prezident Co Bayden Rusiya ilə proqnozlaşdırıla bilən və sabit münasibət istəyərdi”, - nazir söyləyib.

Pentaqon rəhbəri bunun ABŞ və Rusiya kimi ölkələr üçün son dərəcə vacib olduğunu vurğulayıb.

Eyni zamanda, o, ABŞ-ın müttəfiqlərinə və tərəfdaşlarına öz ərazilərinin təhlükəsizliyini təmin etmək səylərində kömək etməyə davam edəcəyini deyib. Lloyd Ostin Qara dəniz sahilindəki bir sıra ölkələrə etdiyi səfərləri də müsbət qiymətləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu