Oxşar xəbərlər
Ukraynada ehtiyat batalyon üçün əlavə çağırış elan olunub.
Teleqraf.com-un yaydığı məlumata görə, bu barədə Milli Müdafiə Təhlükəsizlik şurasının rəhbəri Andrey Parubiy öz Facebook səhifəsində yazıb.
“Maydanın özünümüdafiə qüvvələrindən yaradılmış Milli qvardiyanın birinci taboru Slavyansk və Kramatorskda anti-terror əməliyyatında iştirak edir. Yeni rezervlərə ehtiyacımız var”, - deyə, o yazıb.
Parubiy həmçinin qeyd edib ki, müqavilə daimi və müvəqqəti imzalanır. Onun sözlərinə görə, 18-50 yaş arası, məhkumluğu olmayan, sağlam kişilər müraciət edə bilər. Bunun üçün sadəcə tibbi komissiyanın rəyi lazımdır.
Xatırladaq ki, iki gün öncə, Müdafiə naziri Arsen Avakov Milli qvardiyanın ikinci batalyonunun yaradılacağı barədə bəyan edib.
Ülviyyə