Ötən gün İraq və İran sərhədində iki dövlət arasında 31 əsgər cəsədinin dəyişdirilməsi prosesi baş tutub.
Teleqraf.com xəbər verir ki, cəsədlərdən 11-i iraqlı, 20-si iranlı əsgər olub.
Əsgərlər 1980-cı ildən başlayan İraq-İran savaşında öldürülüb.
İraq Müdafiə Nazirliyi bəyan edib ki, iki ölkə arasında imzalanan razılaşmaya uyğun olaraq cəsəd dəyişməsi baş tutub. Cəsədlər el-Şelamce sərhəd məntəqəsində dəyişdirilib.
Məlumat üçün deyək ki, XX əsrin ən qanlı müharibəsi hesab olunan İran-İraq müharibəsi zamanı hər iki tərəfdən 1 milyondan çox insan ölüb.