“Belarus-Polşa sərhədində baş verənlər narahatlıq qaynağıdır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden istirahət üçün Camp Davide hərəkət etməzdən əvvəl jurnalistlərə deyib.
ABŞ Prezidenti Bayden bildirib ki, narahatlıqlarını Rusiya və Belarusa çatdırıblar: “Bu vəziyyətin bir problem olduğunu düşünürük”.
ABŞ-ın vitse-prezidenti Kamala Harrisdə Fransa səfəri zamanı bildirib ki, Belarus-Polşa sərhədindəki böhranı yaxından və qayğı ilə izləyirlər.