Meksikada mafiya 2 qadını avtomobilin yük hissəsində yandıraraq öldürüb.
Teleqraf.com xəbər verir ki, hadisə Meksikanın Guanajuato ştatının Keleya şəhərində baş verib.
Mafiya üzvləri iddia edilən bir qrup silahlı şəxs iki qadını ağ rəngdə olan avtomobilin yük hissəsinə bağlayıb. Daha sonra benzin tökərək yandırıblar. Ətrafdakı insanlar dərhal təcili tibbi xidmətə məlumat veriblər. Xilasedicilər yanğını söndürsə də, qadınları xilas edə bilməyiblər.
Avtomobili yandırdıqdan sonra atəşə verən mafiya üzvləri ərazini tərk ediblər.
Cinayətkarlar hadisə yerinə məktub da buraxıb. Məktubda Jalisko Yeni Yenerasyon mafiyasının adı qeyd edilib.
Əyalət prokurorluğu faktla bağlı cinayət işi açıb.