15 Noyabr 2021 22:14
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya beşinci nəsil döyüş təyyarəsinin istehsalında Türkiyəyə kömək etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev deyib.

“Onların beşinci nəsil döyüş təyyarələrinin hazırlanması ilə bağlı proqramı var. Bildiyimə görə, mühərriklə bağlı işlər yaxşı getmir. Əgər istəsələr kömək etməyə hazırıq”, - Şuqayev qeyd edib.

O, “F-16” və “F-35”-lərin tədarükü ilə bağlı ABŞ-la yaşanan problemlərə görə Türkiyənin Rusiyanın “Su-57” təyyarələri ilə maraqlanacağına ümid etdiklərini də bildirib:

“ABŞ-dan Türkiyəyə “F-35” və “F-16”ların tədarükü ilə bağlı yaşanan problemlər məlumdur. Bu onu göstərir ki, Türkiyə böyük ehtimalla diqqətini bizim hərbi aviasiya sistemlərimizə yönəldəcək. Düşünürəm ki, onlar mütləq “Su-57” təyyarəsi ilə maraqlanacaqlar. Ərdoğan bu təyyarəyə böyük maraq göstərib. Görərik. Hər halda, “Su-57” Rusiya Silahlı Qüvvələri üçün prioritet təyyarədir. Bununla belə, “Su-57”nin ixrac potensialı da çox yüksəkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər