19 Noyabr 2021 13:25
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin müdafiə naziri Beni Qansın evində xidmətçi kimi işləyən şəxs İrana casusluq etməsi ittihamı ilə həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail mediası ölkənin Ədliyyə Nazirliyinə əsasən məlumat yayıb.

Məlumata görə, müdafiə nazirinin evində xidmətçi işləyən 37 yaşlı Omri Goren Goroçovski İsrailə qarşı kiber hücumlar təşkil edən Black Shadov xaker qrupuna yardım təklifi edib.

İddiaya görə, xidmətçi nazirin evi haqqında informasya vermək və kompüterinə proqram yerləşdirməklə bağlı təkliflə razılıq verib. Qoroçovskinin “Telegram” mesajlaşma proqramı vasitəsilə əlaqə saxladığı xakerlərə “Qantzın evindən stol, kompüter, telefon, planşet, seyf, üzərində İP ünvanı olan etiket və digər elementləri çəkib göndərdiyi” paylaşılıb.

İranın xeyrinə casusluq ittihamı ilə həbs edilən Qoroçovskinin silahlı soyğunçuluq, evə soxulma və oğurluq kimi cinayətlərə görə 4 dəfə həbs olunduğu da ortaya çıxıb.

İsrailin Daxili Kəşfiyyat Xidməti Şin-Bet casusun evdəki məlumat təhlükəsizliyi protokolu səbəbiylə heç bir məxfi məlumatı əldə edə bilmədiyini və onu xaker qrupuna ötürə bilmədiyini açıqlayıb.


Müəllif: Nemət