19 Noyabr 2021 21:57
4 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı konqresmenlər Stiv Koen və Co Uilsonun Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə bu vəzifəyə namizədliyini irəli sürmək qərarına gələrsə, dövlət başçısı kimi tanınmamasını təklif edən qətnamə layihəsi müasir beynəlxalq münasibətlər çərçivəsinə sığmır.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, amerikalı parlamentarilərin bu təşəbbüsü ilə ABŞ-ın başqa dövlətlərin daxili işlərinə rəsmən müdaxilə etdiyini bütün dünyaya nümayiş etdirir.

“Biz əminik ki, Rusiya Federasiyasının prezidentinin kim və nə vaxt olacağını ancaq ruslar müəyyən edə bilər”, - Rusiya liderinin mətbuat katibi vurğulayıb.

O, əlavə edib ki, ABŞ konqresmenlərinin təklifi o qədər cılız görünür ki, Rusiyanın hər hansı cavabına ehtiyac yoxdur. Eyni zamanda, Peskov qeyd edib ki, rusiyalı parlamentarilər artıq Amerikanın qətnaməsinə aktiv reaksiya verməyə başlayıblar.

Bundan əvvəl Koen və Uilson 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində Putinin iştirak edəcəyi təqdirdə onun tanınmaması ilə bağlı qətnaməni Nümayəndələr Palatasına təqdim ediblər. Eyni zamanda qeyd olunub ki, bu sənəd qəbul olunarsa, tövsiyə xarakterli olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər