20 Noyabr 2021 17:51
1 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin imzaladığı Breksit razılaşmasının həyata keçirilməsində problemlərlə üzləşdiklərini açıqlayan Fransa Prezidenti Emmanuel Makron fransız balıqçılarına lisenziyanın verilmədiyini və bunun səbəbini anlamadıqlarını deyib.

Teleqraf.com xəbər verir ki, Makron İngiltərənin Fransanın əsəbləri ilə oynadığını söyləyib.

Makron son bir neçə həftədir səslərinin tonunu qaldırdıqlarını və bu məsələnin təkcə Fransaya yox, Belçika, Hollandiya, Almaniya və Norveçə də aid olduğunu bildirib.

Mübarizəni davam etdirəcəklərini və balıqçılarını tək qoymayacaqlarını dilə gətirən Makron Avropa Birliyi (AB) Komissiyasının bu yöndə hərəkətə keçməsini istədiklərini diqqətə çatdırıb.

“Vədi yerinə yetirmək lazımdır. İngiltərə müqavilələri imzalayıb və bunlara hörmət etməlidir. Amma bu gün İngiltərə onlara hörmət etmir. Mən bunu Boris Consona açıq şəkildə bildirmişəm”, - Fransa prezidenti qeyd edib.

Makron Fransanın bu mövzuda heç bir güzəştə getməyəcəyini, AB Komissiyasının üzərinə düşən vəzifəni yerinə yetirməsini, Fransa və Avropanın maraqlarını müdafiə etməsini gözlədiyini bildirib.

Makron AB-nin bu problemi İngiltərə ilə ikitərəfli formada həll etmək təklifini rədd etdiyini də açıqlayıb.

AB-nin öz rolunu oynamayacağı təqdirdə Fransanın lazım olanı edəcəyini söyləyən Fransa lideri bu problem həll olunana qədər fransız balıqçılarına dəstək olacaqlarını vurğulayıb.

Makron bildirib ki, AB bu məsələdə çox ləng hərəkət edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər