Rusiya Ukraynada baş verən böhranda mənfi roluna görə Avstraliyanın Brisben şəhərinə gələn G20 sammiti iştirakçıları tərəfindən qınanıb.
Teleqraf.com-un BBC-yə istinadən xəbər verir ki, Rusiya prezidenti sammit iştirakçılarının ciddi tənqid hədəfinə çevrilib.
Kanadının baş naziri Stephen Harper rəsmi Moskvanın Ukrayna ilə bağlı mövqeyini tənqid edərək Rusiya liderindən Ukraynadan çıxmağı tələb edib.
Barak Obama isə Moskvanın aqressiyasını dünya üçün təhlükə adlandırıb. Britaniya isə Rusiyanı yeni sanksiyalarla hədələyib.