Türkiyə COVID-19-un “Nu” ştammı ilə əlaqədar bu gecədən etibarən 5 ölkədən ölkəyə girişi qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Onun sözlərinə görə, Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabvedən quru, hava, dəniz və dəmir yolları ilə Türkiyəyə səyahət edənlərin ölkəyə girişini məhdudlaşdırılır.