Türkiyə Dövlət Müşahidə Şurası (DDK) valyuta ilə manipulyasiya edilməsi iddialarına görə hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, qurum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə ictimaiyyət arasında dollarla bağlı yayılan manipulyasiya iddiaları barədə araşdırmalara başlayıb.
Ölkə başçısı son dövrdə valyuta bazarında baş verən dəyər artımının səbəblərinin araşdırılması ilə bağlı tapşırıqlar verib.
Müşahidə Şurası manipulyasiya olub-olmadığını, böyük miqdarda xarici valyuta alaraq dollar və avronun bahalaşmasına səbəb olan qurum və təşkilatları aşkar edəcək.