“NATO və ABŞ Rusiya sərhədlərinə hərbi qüvvələr və texnikalarını göndərir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
“Qərb son bir il ərzində deyil, uzun müddətdir ki, Ukraynanı anti-Rusiya addımları atmağa təhrik edir”, - nazir bildirib.
Lavrov əlavə edib:
“NATO ölkələrinin hərbi qüvvələri və hərbi texnikaları, o cümlədən Amerika və Britaniya qüvvələri sərhədlərimizə göndərilir. Ukrayna da Qərbin dəstəyi ilə Donbasdakı təmas xəttində hər gün sayı artan qüvvə və texnika yığır”.