2 Dekabr 2021 08:05
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus üçün əlavə sınaq testləri "omikron" ştamına qarşı mübarizənin daha təsirli yolu olacaq.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Afrika ölkələrinin inkişafı ilə bağlı çıxışında bildirib.

"Səyahətlə bağlı qadağalar səmərəsizdir. Mən bütün hökumətləri koronavirus üçün əlavə testlər, eləcə də vəziyyətə uyğun digər təsirli tədbirlər tətbiq etmək barədə düşünməyə çağırıram. Bu, yoluxma riskini azaltmaq üçün yeganə yoldur", - Quterreş deyib.

Xatırladaq ki, Afrikanın cənub regionunda üzə çıxmış B.1.1.529 və rəsmi olaraq “Omikron” yunan hərfi nişanı verilmiş yeni ştam bir çox mutasiyaya və yüksək yoluxma gücünə malikdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər