2 Dekabr 2021 09:47
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO Almaniyadakı nüvə silahlarını Polşada yerləşdirsə, Rusiyadan nüvə silahlarını Belarusa qaytarmağı xahiş edəcək və bu, ona qarşı təsirli olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Belarusdakı “Topol” strateji raket buraxılış sistemləri tam yerindədir və hələ də istifadəyə hazırdır. Siz Qərbin nüvə silahına necə reaksiya verdiyini bilirsiniz”, - Lukaşenko bildirib.

Rusiyanın ilk prezidenti Boris Yeltsinin ABŞ-ın ona təzyiq etdiyi üçün ondan bu sahələri dağıtmağı istədiyini iddia edən Lukaşenko söyləyib: “Mən ona “yox” dedim, amma təzyiq həddindən artıq olduğu üçün bir sahəni yox etdik. Bu meşənin içindəydi”.

O, xüsusi silah sahələri də daxil olmaqla, bu sahələrin nəhəng olduğunu deyib:

“Bütün bunları qoruyub saxladım. Amerikalılar və Qərb həmişə məndən “niyə” sualını soruşdu. Hələ də bu suallara cavab verməmişəm”.

Lukaşenko 1994-cü ildə imzalanmış və müəyyən təhlükəsizlik zəmanətləri müqabilində ölkəsinin nüvə silahından könüllü olaraq imtina etməsinə imkan verən Budapeşt memorandumunu xatırladıb: “Bu, mənim işim olmasa da, imzaladım. Məndən əvvəlki administrasiya olmasaydı, heç vaxt buna razı olmazdım. Bu, mənim ilk prezident kimi ilk ilim idi”.

Keçmiş administrasiya tərəfindən paraflandığı üçün bu beynəlxalq müqaviləni imzalamaq məcburiyyətində qaldığını bildirən Lukaşenko bir neçə il sonra da nüvə silahını Belarusdan çıxarmadığını xatırladıb. Lukaşenko qeyd edib ki, o, bu silahları ABŞ-ın yox, Yeltsinin təzyiqi ilə ölkədən çıxarıb.

Belarus lideri NATO baş katibi Yens Stoltenberqin Almaniyanın nüvə silahından imtina edəcəyi təqdirdə bu silahları Şərqi Avropaya yerləşdirə biləcəyi ilə bağlı açıqlamasına da reaksiya verib:

“Bu silahları Polşaya gətirəcəklər. Mən də Rusiya Prezidenti Vladimir Putindən nüvə silahlarını Belarusa qaytarmasını istəyəcəyəm”.

Belarusa hansı nüvə silahının veriləcəyi ilə bağlı Putinlə danışıq aparacağını deyən Lukaşenko Polşada yerləşdirilə biləcək silahlara qarşı ən təsirli olacaq nüvə silahı mövzusunda razılaşacaqlarını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər