4 Dekabr 2021 09:46
5 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Rusiya arasında gərginlik artdığı vaxt rəsmi Kiyevdən diqqətçəkən açıqlama verilib.

Teleqraf.com xəbər verir ki, Ukrayna müdafiə naziri Aleksey Reznikov Rusiyanın yanvar ayında ölkəsinə qarşı hücuma keçəcəyi iddiasını təkrarlayıb.

Onun sözlərinə görə, Rusiya Ukrayna sərhədləri yaxınlığında 94 mindən çox hərbçi yerləşdirib və kəşfiyyat məlumatlarına əsasən, yanvarın sonuna kimi irimiqyaslı hücuma keçəcək.

Reznikov Ukraynanın təhrikedici addımlar atmayacağını, amma Rusiyanın hücuma keçəcəyi təqdirdə cavab verməyə hazır olduğunu bildirib.

“Kəşfiyyatımız bütün ssenariləri, o cümlədən ən pisini təhlil edir”, - nazir Rusiyada “qış hazırlığı dövrü”nün başladığını, Ukrayna ərazisi yaxınlığında keçirilən hərbi təlimlərin artdığını deyib.

Rusiyanın “ilhaq” etdiyi Krımda və Ukraynanın şərqindəki separatçıların nəzarətində olan ərazilərdə təxminən 100 min hərbçisinin olduğu təxmin edilir.


Müəllif: Mənsur Rəğbətoğlu