Türkiyənin Mardin əyalətinin Nusaybin rayononda böyük terror aktının qarşısı alınıb.
Teleqraf.com Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirt əyalətində keçiriləcək mitinqində təhlükəsizliyi təmin etməli olan polislərdən birinin avtomobilinin altına quraşdırılmış partlayıcı qurğu aşkar edilib.
Polis əməkdaşlarının sayıqlığı sayəsində terror aktının qarşısı alınıb.
Hazırda partlayıcı qurğunu yerləşdirənlərin aşkar edilməsi üzrə araşdırma aparılır.