12 Dekabr 2021 20:13
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər Brüssel subsidiyaları azaldarsa, Avropa İttifaqının büdcəsinə ödənişi dayandıracağıq".

Teleqraf.com xəbər verir ki, bunu Polşanın ədliyyə naziri Zbiqnev Zebro bildirib

“Polşa İttifaqın şantajına veto ilə cavab verməlidir. Mübahisə davam edərsə, təşkilatın büdcəsinə ödənişlərin dayandırılmasını tələb edəcəm”.

Ədliyyə Nazirliyinin rəhbəri həmçinin ölkənin iqlim və enerji proqramlarında iştirakına yenidən baxılmasını təklif edib.

Onun fikrincə, Avropa İttifaqı Varşava üçün reallaşdırılmayan şərtlər irəli sürür. Bundan əlavə, Zebro Avropa rəhbərliyini Polşa hökumətini dəyişməyə cəhddə ittiham edib:

“Onların polyaklara açıq mesajı ondan ibarətdir ki, əgər indiki hökuməti dəstəkləsəniz, vəsait almayacaqsınız. Onlar qanunun aliliyinə əhəmiyyət vermirlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər