13 Dekabr 2021 21:38
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinlə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı Ukrayna münaqişəsi müzakirə olunub.

Boris Conson Rusiya qoşunlarının Ukrayna sərhədləri boyunca genişmiqyaslı hərəkətindən narahatlığını bildirib.

"Ukraynadaxili böhranın həlli üçün Minsk razılaşmalarının pozulması ilə bağlı Kiyevin destruktiv xəttinin konkret nümunələri göstərilib. Bildirilib ki, Ukrayna hakimiyyəti münaqişə zonasında təmas xəttində vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir, ağır silahlardan istifadə edir və Minsk Tədbirlər Paketi ilə qadağan edilmiş pilotsuz uçuş aparatlarından hücuma keçir. Bütün bunlar NATO ölkələri tərəfindən Ukrayna ərazisinin aktiv hərbi mənimsənilməsi fonunda baş verir və bu, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Bunu nəzərə alaraq, Vladimir Putin NATO-nun şərqə doğru genişlənməsini, Rusiyanı təhdid edən silahların qonşu dövlətlərdə, ilk növbədə, Ukraynada yerləşdirilməsini istisna edən aydın beynəlxalq hüquqi müqavilələr hazırlamaq üçün dərhal danışıqlara başlamağın zəruriliyini bəyan edib. Rusiya tərəfi müvafiq sənədlər layihələrini təqdim edəcək.

Liderlər müxtəlif kanallar vasitəsilə qaldırılan məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər" - Kremlin məlumatında deyilir:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər