15 Dekabr 2021 11:12
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynanı işğal cəhdi halında 5 milyon qaçqın ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Oleksey Rezinkov deyib.

Müdafiə naziri əlavə edib ki, ABŞ və Rusiya prezidentlərinin görüşündən sonra Rusiya tərəfinin Ukrayna sərhədlərinə daha çox hərbçi göndərməsi diqqət çəkir.

Ukrayna sərhədləri yaxınlığında indiyə qədər 100 minə yaxın rus əsgərinin olmasını qeyd edən Rezinkov bildirib ki, Ukraynanın işğalına cəhd hər iki tərəf üçün fəlakətli olar: “Bu halda hər iki tərəfin çox itki verməklə yanaşı 5 milyon ukraynalı qaçqın ola bilər. Həmçinin belə olacağı təqdirdə ölkədə olan 15 nüvə stansiyası da təhlükə altına girəcək”.

Putin üçün Ukraynanın son hədəf olmadığı qənaətini bölüşən Rezinkov müharibə olarsa bunun Avropaya sıçrayacağını iddia edib.


Müəllif: Nemət

Oxşar xəbərlər