Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 190 nəfər vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 354 857 nəfər test edilib, 18 141 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 24 245 nəfər sağalıb.