İŞİD-in yaydığı son videoda suriyalı əsgərlərin başını kəsərək, dəhşət saçanlardan birinin İngiltərə vətəndaşı olduğu üzə çıxıb. Onun tibb fakültəsinin tələbəsi olduğu bildirilir.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, 20 yaşlı Nasser Muthananın atası "Daily Mail" qəzetinə açılamasında kədərli olduqlarını ifadə edib: "Tam əmin deyiləm, amma fotodakı oğluma bənzəyir. İnsanları öldürdüyü üçün Allahdan qorxsun. İnsanları öldürüb sonra Allahın hüzuruna necə çıxacaq?"
Tibb fakltəsinin tələbəsi olan oğlunu bağışlayıb-bağışlamayacağını dair suala isə ata "Xeyr, onun ağlı xəstəsidir. Ya da başqa bir problem var" deyə cavab verib.
Nihad