20 Dekabr 2021 11:01
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələri ilə Rusiya arasında inamsızlıq “soyuq müharibə”dən bəri hələ də davam edir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Moskvadakı keçmiş səfiri Tomas Pikerinq deyib.

Onun sözlərinə görə, o dövrdəki qeyri-müəyyənlik və inamsızlıq irsi hələ də mövcuddur. Diplomat qeyd edib ki, o zaman SSRİ ilə Qərb, xüsusən də ABŞ arasında sistemli və ideoloji fərqlər olub.

“Bu, baş verən dəyişikliklərə görə heç vaxt tamamilə yox olmayıb”, - eks-səfir söyləyib.

Pikerinq SSRİ-nin dağılmasının Vaşinqtonda hamı üçün sürpriz olduğunu deyib. Diplomatın sözlərinə görə, ABŞ SSRİ-nin hərbi gücünə diqqət yetirməklə yanaşı, Sovet İttifaqında baş verən dəyişiklikləri yaxından izləyib.

“Hər şeyin parçalanmaya doğru getdiyi kimi görünsə də, amerikalılar dəqiq ola bilmədilər, bunun nə qədər tez və ya dəyişikliyin tam olaraq nə vaxt baş verəcəyi barədə dəqiq təsəvvürləri yox idi”, - Pikerinq deyib.


Müəllif: Mənsur Rəğbətoğlu