21 Dekabr 2021 09:50
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ötən il keçirilmiş prezident seçkiləri zamanı və ondan sonra baş verən proseslər ölkənin ictimai-siyasi həyatındakı parçalanma ilə bağlı müzakirələri sürətləndirib.

Teleqraf.com xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin (CIA) məsləhətçisi, Kaliforniya Universitetinin professoru Barbara Uolter siyasi arenada qütbləşmə və parçalanma nəticəsində ölkənin vətəndaş müharibəsinin astanasına çatması barədə xəbərdarlıq edib.

“Heç birimizin inanmaq istəmədiyi qədər vətəndaş müharibəsinin astanasındayıq. ABŞ-a kənardan baxsanız, bu ölkənin vətəndaş müharibəsinə doğru getdiyini müəyyən edə bilərsiniz. Əlimizdə olan məlumatlar da bunu deyir”, - Uolter deyib.

Məqalədə ABŞ-ın Siyasət İndeksinin 10 baldan 5-ə düşdüyü və ölkənin “qismən demokratik” kateqoriyasına endiyi qeyd edilib.

Stokholmda yerləşən Beynəlxalq Demokratiya və Seçkilərə Dəstək İnstitutu da ABŞ-ı “azalan demokratiya” sinfinə salıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər