23 Dekabr 2021 21:55
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynadakı çevrilişdən əvvəl heç kim Krımın Rusiyaya birləşdiriləcəyini düşünmürdü”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri ölkəsi ilə Ukrayna arasındakı son gəlişmələrə diqqət çəkib: “Ukraynadakı çevrilişdən sonra (2014-cü ildə) krımlıları qorumaqdan imtina etməyimiz mümkün deyildi. Ukraynadakı çevrilişdən əvvəl heç kim Krımın Rusiyaya birləşdiriləcəyini düşünmürdü. Gördüyümüz odur ki, Ukrayna hökuməti Donbasa qarşı yeni hərbi əməliyyata hazırlaşır. Rusiyanı buna qarışmamağa çağırırlar.

Görünür, Ukrayna hökuməti yeni silah sistemləri alarkən, bizdən buna fikir verməməyimizi, gözümüzü başqa tərəfə döndərməyimizi, Ukraynadakı radikalların davranışlarına əhəmiyyət verməməyimizi istəyirlər. Buna qarşı cavabsız qala bilmərik.

Biz öz təhlükəsizliyimizin gələcəyini düşünməliyik. Bir gözümüz daim Ukraynada baş verənlərə baxır, digər yandan, onların (Ukrayna hökumətinin) nə vaxt hər şeyi alt-üst edib, üz-gözünə bulaşdıracaqlarını görərkən, necə yaşaya bilərik?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər