25 Dekabr 2021 13:42
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqları qarşı cinsi istismar və zorlama ittihamı ilə həbs edilən keşiş 21 il müddətinə azadlıqdan mərhum edilib.

Teleqraf.com xəbər verir ki, hadisə Rusiyada baş verib.

Rusiyanın Orenburq vilayətində Nikolay Stremskiy adlı keşiş ötən il uşaqlara qarşı cinsi istismar və zorlama ittihamı ilə həbs edilib. Ehtiyacı olan uşaqlara baxan, onların təhsili ilə məşğul olan şəxs kimi tanınan və indiyə qədər 70 uşağı övladlığa götürdüyü öyrənilən keşiş istintaq zamanı ona qarşı sui-qəsdin olduğunu və ittihamların həqiqətlə heç bir əlaqəsi olmadığını bildirib.

Rusiya İstintaq Komitəsi keşişi 1999-2019-cu illər arasında 11 uşaq zorlaması və cinsi istismarda ittiham edib. İttihamlar nəticəsində 1 ildir həbsdə olan keşişin mühakimə olunduğu məhkəmənin yekun iclasına keşişi tanıyanlarla yanaşı çox sayda jurnalist qatılıb.

Məhkəmə zalına əli qandallı gətirilən keşiş iclas başlayanda fasilələrlə dua oxuyub və camaatdan onu salonda müşayiət etməsini istəyib. İclasda ittihamları rədd etməyə davam edən keşiş müfəttişlərin təqdim etdiyi hesabatlar və prokurorluğun tələbi əsasında 21 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirilib ki, qərarın açıqlanmasından sonra məhkəmə zalında olan bəzi rahibələr, keşişlər və kilsə üzvləri, habelə məhkəmə zalından kənarda gözləyən övladlığa götürülmüş övladları göz yaşlarını saxlaya bilməyiblər.


Müəllif: Nemət