28 Dekabr 2021 16:32
4 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya-Hersoqovinada səfərdə olan Türkiyə müdafiə naziri Hulusi Akar Rusiya-Ukrayna gərginliyi ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, Türkiyənin iki ölkə arasındakı problemlərin dinc yolla həllinin tərəfdarı olduğunu bildirib.

“Türkiyə olaraq bölgələrlə bağlı ayrı siyasətimiz yoxdur, sülhün tərəfdarıyıq. Gərginliyi yaxından izləyirik. Biz regionda sabitliyin davam etməsini istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünə hörmətimizi bildirmişik”, - nazir qeyd edib.

Hulusi Akar Aralıq dənizinin şərqində yaşanan Türkiyə-Yunanıstan gərginliyi ilə bağlı da danışıb:

“Biz sülh istəyirik deyirik. Sülhə gedən yol məsləhətləşmələrdən keçir. Bizim nümayəndə heyətimiz iki dəfə Afinaya gedib, Yunanıstan isə bir dəfə bizə nümayəndə heyəti göndərib. Biz müdafiə nazirləri ilə yanaşı, turizm nazirlərinin də görüşməsini istəyirik. Silahlanma yarışı baş alıb gedir. Biz bildirdik ki, bunlar əbəs cəhdlərdir, bunu deməyə davam edəcəyik.

Biz Kiprdə iki bərabər dövlətin olmasının tərəfdarıyıq. Şərqi Aralıq dənizindəki hüquq və mənafelərimizdən və Kiprli qardaşlarımızın haqlarını qorumaqdan geri çəkilməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər