31 Dekabr 2021 20:00
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi Hərbi Hava Qüvvələrinin 4-cü ordusunun hava hücumundan müdafiə zenit-raket alayı S-350 “Vityaz” zenit-raket kompleksi ilə silahlanmaya başlayan ilk hərbi birləşmə olub.

Teleqraf.com xəbər verir ki, bunu ordu komandanı general-leytenant Nikolay Qostev bildirib.

“Hazırda birləşmənin zenit-raket alaylarından biri ən son hava hücumundan müdafiə sistemi ilə təchiz olunur”, - deyə Qostev qeyd edib.

Onun sözlərinə görə, “Vityaz” S-300V4, S-400 və S-500 sistemləri ilə sıx qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

O, qeyd edib ki, bu hava hücumundan müdafiə sistemi bütün yüksəklik diapazonunda orta və yaxın zonada uçan qanadlı raketləri və PUA-ları vurmağa qadirdir.


Müəllif: Səxavət