3 Yanvar 2022 08:13
1 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psak məlumat yayıb.

Telefon danışığı zamanı Cozef Bayden Ukrayna sərhədindəki vəziyyətin pisləşəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin həlledici cavab verəcəklərini bildirib.

ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha qeyd edən Ağ Ev rəhbəri Donbasda gərginliyin azaldılması üçün atılan addımları dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna və ABŞ prezidentlərinin bundan əvvəlki telefon söhbəti dekabrın 9-da olmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər