6 Yanvar 2022 23:57
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Qazaxıstanda zorakılıqdan çəkinməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT Baş katibinin ofisi məlumat yayıb.

"Qazaxıstanda nümayişlər dinc xarakter daşımalıdır", - ofisdən qeyd edilib.

Məlumata görə, BMT nümayəndələri ölkədəki vəziyyətlə bağlı bir neçə dəfə Qazaxıstan hakimiyyəti ilə əlaqə saxlayıblar.

Bu gün təşkilatın baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Natalya German və Qazaxıstanın xarici işlər nazirinin müavini Akan Raxmetullin arasında telefon söhbəti olub. Danışıqlar zamanı vurğulanıb ki, təşkilat Qazaxıstandakı vəziyyəti yaxından izləməkdə davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər