Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Qazaxıstanda sülhün bərqərar olması üçün dua edib.
Teleqraf.com xəbər verir ki, patriarx Qazaxıstanda baş verənlərlə bağlı çıxışında bu ölkəni “tarixi Rusiya ərazisi” adlandırıb.
“Biz hamımız bilirik ki, vaxtilə birləşmiş nəhəng ölkəmizin ərazisində ağrılı hadisələr baş verir. Ağır vətəndaş qarşıdurmasında qan tökülür. Bunlar tarixi Rusiya ərazisində baş verir və ona görə də qanın tökülməsinə, bu toqquşmalara, bu nizamsızlığa biganə qala bilmərik. Bu gün bacardığım qədər dua etdim ki, tanrı Qazaxıstan xalqından mərhəmətini əksik etməsin, daxili çəkişmələr dayansın və sülh bərqərar olsun”, - Kirill bildirib.