Ölkədə baş verən iğtişaşlardan sonra Qazaxıstanın hüquq-mühafizə orqanları qonşu dövlətin vətəndaşları da daxil olmaqla 4.2 mindən çox insanı saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“4266 nəfər polisə təhvil verilib. Saxlanılanlar arasında xarici ölkə vətəndaşları da var. Almatı vilayətinin kəndlərindən birində qonşu ölkənin 100-dən çox vətəndaşı saxlanılıb”, - Qazaxıstan Daxili İşlər Nazirliyinin açıqlamasında deyilib.