9 Yanvar 2022 21:39
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Milli Təhlükəsizlik Komitəsi (MTK) rəhbərinin iki müavinini dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət başçısı müvafiq sərəncamlar imzalayıb.

Bildirilir ki, MTK sədrinin müavinləri Osipov Marat Saparoviç və Erqojin Daulet Ediloviç tutduqları vəzifələrdən azad ediliblər.

Prezidentin fərmanı ilə Bakıtbek Jamalbekoviç Kosjanov və Askar Baymerdenoviç Amerxanov MTK rəhbərinin yeni müavinləri təyin ediliblər.

Qeyd edək ki, yanvarın 5-də Milli Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant Kərim Məsimov vəzifəsindən azad edilib. O, dövlətə xəyanətdə ittiham edilərək saxlanılıb. Saxlanılan K.Məsimov Təhlükəsizlik Şurasının yanvarın 5-də keçirilmiş iclasında iştirak edib.

Həmin vaxt o hələ MTK-nın sədri olub. İclasdan sonra Məsimov istefaya göndərilib. MTK-ya yeni rəhbər Yermek Sagimbayev təyin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər